"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur.
Kompaniya öz fəaliyyətini iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda şirkət Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, BƏƏ, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirməklə yanaşı qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir.
ƏtraflıRusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo - 2019” beynəlxalq sərgisində “Ləzzət Qida Sənaye” MMC əmtəə nişanı daşıyan və “Nati” məhsulu olan “Lay-lay” vaflisi “Ən yaxşı məhsul-2019” nominasiyası üzrə qızıl medal ilə mükafatlandırılıb. “Ləzzət Biskvit və Şokolad Fabriki”nin “Nati” markası adı altında istehsal etdiyi məhsullar sərgidə böyük maraqla qarşılanıb.
Cari ilin 11-15 fevral tarixləri arasında baş tutan “Prodexpo” sərgisi Moskva şəhərində... Ətraflı
10 oktyabr tarixində "Ləzzət Qida Sənaye" MMC-nin brendlərindən biri olan “Nati” şirniyyat markasının yeni imic çarxı təqdim edildi. Bazara “Aç, ye, xoşbəxt ol” şüarı ilə daxil olan “Nati” bu şüarı öz reklam mahnısında da istifadə etdi. Sözügedən mahnı isə markanın yeni siması seçilən məşhur müğənni Elnarə Xəlilova tərəfindən ifa edilmişdir.
Yeyilən zaman xoşbəxtlik hissi bəxş edən “Nati” şirniyyat markası bu... Ətraflı