Lezzet.az

FAYDALI MƏLUMATLAR

Hind qozu

  • 100 qr məhsulun enerji dəyəri – 630,5 kkal.
  • Tərkibində A, B1, B2, B3, C vitaminləri, dəmir, kalsium, magnezium, fosfor elementləri, nikotin turşusu vardır.
  • Diş ağrıları, distrofiya zamanı, maddələr mübadiləsi pozulduqda məsləhət görülür.
  • İmmun sistemini möhkəmləndirir, ürəyin normal fəaliyyətini təmin edir.
  • Qandakı xolesterinin səviyyəsini aşağı salmağa kömək edir.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
5,3
Zülal, qr
25,2
Yağ, qr
53,6
Karbohidrat, qr
12,6
Enerji dəyəri, kkal
630,5

Fındıq içi

  • Fındıq da qoz kimi “ağıllı” meyvə reputasiyası daşıyır – beynin fəaliyyətini yaxşılaşdırır.
  • Enerji dəyəri 100 qr – 704 kkal.
  • Zülalların miqdarına görə ətdən geri qalmır, kaloriliyinə görə çörəkdən bir neçə dəfə, süddən – 8 dəfə üstündür.
  • Tərkibində C, E, B1, B2, B6 vitaminləri vardır.
  • Ancaq bu meyvədə kalsium, fosfor, magnezium, kalium, dəmir, kobalt, sink, natrium və amin turşularının tam kompleksi bir biri ilə daha uğurlu uzlaşır ki, bu da bütün əzələ toxumalarına yaxşı təsir göstərir.
  • Tərkibində maddələr mübadiləsini yaxşılaşdıran doymamış yağ turşuları var.
  • Xroniki yorğunluq, diabet, hipertoniya, prostat vəzninin böyüməsi, damarların varikoz genişlənməsi zamanı müalicəvi təsir göstərir.
  • Orqanizmi şlaklardan təmizləyir, piylənmə zamanı məsləhət görülür.
  • Bal və meyvə qurusu ilə qarışdırılmış fındıq ürək–damar sistemi xəstəliklərinin profilaktikası üçün ən yaxşı vasitədir.
  • Kişmişlə ovulmuş fındıq – qan azlığı zamanı istifadə olunur.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
4,8
Zülal, qr
16,1
Yağ, qr
66,9
Karbohidrat, qr
9,9
Enerji dəyəri, kkal
704

Badam içi

  • 100 qr məhsulun enerji dəyəri – 645 kkal.
  • Badam B və E vitaminləri qrupu, zülal, dəmir, sinklə, magnezium və kalsiumla, fosforla zəngindir.
  • Şirin badam xolesterin səviyyəsi yüksək olduqda, hipertoniya, şiş xəstəliklərində, piylənmə, mədə yaraları, göz, öd yollarını xəstəliklərində və mədə qıcqırmalarında məsləhət görülür.
  • Badamla şəkər qarışığı öskürək, astma, plevrit xəstəlikləri zamanı faydalıdır.
  • Acı badam qadın xəstəliklərinin, yuxarı tənəffüs yollarının, böyrək xəstəliklərinin müalicəsi zamanı faydalıdır.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
4
Zülal, qr
18,6
Yağ, qr
57,7
Karbohidrat, qr
13,6
Enerji dəyəri, kkal
645

Balqabaq tumu

  • Balqabaq tumunun  tərkibi zülallarla, dəmir, mis,magnezium, sink, fosfor və amin turşuları ilə zəngindir.
  • Balqabaq tumunun əsas xarakteristikalarından biri tərkibində zülalın və mədə bağırsaq traktının, böyrəklərin fəaliyyətini yaxşılaşdıran maddələrin olmasıdır.
  • Qan təzyiqi aşağı olduqda, mədə bağırsaq traktında parazitlər olduqda istifadə edilməsi məsləhət görülür.
  • Balqabaq tumunun tərkibində olan sink prostat vəzi xəstəliklərinin müalicəsi və profilaktikasına çox yaxşı təsir göstərir.
  • Xalq təbabətinə görə çiy balqabaq tumundan istifadə böyrək və sidik kisəsi xəstəliklərinin, saçlarda kəpəklənmə, yağlanma hallarının qarşısının alınmasına kömək edir.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
4
Zülal, qr
25,6
Yağ, qr
40,2
Karbohidrat, qr
1,5
Enerji dəyəri, kkal
470

Püstə

  • Püstə meyvələri nə qədər yaşıldırsa, demək keyfiyyəti də bir o qədər yaxşıdır.
  • 100 qr məhsulun enerji dəyəri – 556,3 kkal.
  • Tərkibində A, B1, E vitaminləri, dəmir vardır.
  • Gümrahladıcı və ümummöhkəmləndirici təsir göstərir.
  • Ürək döyünməsini və ürək xəstəliklərinə meylliliyi azaldır.
  • Beyinin, qara ciyərin fəaliyyətinə yaxşı təsir göstərir.
  • Fiziki gərginlik dövründə və ağır xəstəliklərdən sonra kömək edir.
  • Hipertoniya, dizenteriya, qan azlığı, öskürək, vərəm, ürək bulanması zamanı kömək edir.
  • Sarılıq və tromboflebitin müalicəsi zaman faydalıdır.
  • Qanı təmizləyir, potensiyanı gücləndirir.
  • Püstə yağından dəridə olan ləkə və çillərin təmizlənməsində, qaraciyər və mədə sancılarında istifadə olunur.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
9
Zülal, qr
20
Yağ, qr
50
Karbohidrat, qr
7
Enerji dəyəri, kkal
556,3

Fıstıq

  • Fıstıq paxlalı bitkilər ailəsinə  aiddir.
  • Fıstıq paxlalarının tərkibində 35%-dən çox zülal, 50% yağ və insana lazım olan vitamin və mikro elementlərin bir çoxu vardır.
  • 100 qr məhsulun enerji dəyəri – 548 kkal.
  • Bitki yağları, fol turşusu, amin turşuları, A, D, E, K, B1, B2, PP, C vitaminləri ilə və natrium, kalsium, kalium, magnezium, fosfor, sink və dəmirlə zəngindir.
  • Sinir toxumaları, ürək, qaraciyər, və başqa orqnaların fəaliyyətini yaxşılaşdırır.
  • Hüceyrələrin böyüməsi və yenilənməsinə, qandakı xolesterinin miqdarının azalmasına kömək edir, qırışları hamarlaşdırır.
  • Öd qovucu vasitə kimi istifadə olunur.
  • Yuxusuzluq, yorğunluq zamanı faydalıdır.
  • Yaddaşı, diqqəti və eşitməni gücləndirir.
  • Hər gün 30 qr fıstıq yemək, ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
10
Zülal, qr
26,3
Yağ, qr
45,2
Karbohidrat, qr
9,7
Enerji dəyəri, kkal
548

Günəbaxan tumu

Günəbaxan tumu enerji dəyəri 100 qr – 578 kkal.
Yabanı günəbaxan tumu Avropaya 1510 –cu ildə ispanlar tərəfindən Şimali Amerikadan gətirilmişdir.Tərkibində zülal, yağ, amin turşuları, E, C vitaminləri və B qrupu vitaminləri vardır. Günəbaxan tumu yüksək bioloji dəyərə malikdir.
Tərkibindəki zülalların miqdarına görə ətdən, yumurtadan üstündür. Asanlıqla həzm olunur.
D vitamini mənbəyi kimi treska balığı ciyərindən daha qiymətlidir. Bundan başqa günəbaxan tumu təqribən qoz meyvəsi kimi müalicəvi xüsusiyyətlərə malikdir, dəri örtüyünü, selikli qışaları möhkəmləndirən, orqanizmdəki turşu- qələvi balansını normallaşdıran vitaminlərlə zəngindir.
100 qr günəbaxan tumunda 311 mq magnezium var ki, bu da çovdar çörəyində olandan 6 dəfə çoxdur.
50-60 qr günəbaxan tumu 25-30 qr günəbaxan yağına bərabərdir və organizmin doymamış yağ turşularına və E vitamininə olan günlük təlabatını tam ödəyir.
Çiy günəbaxan tumu zədələnmiş yumşaq toxumaların, sümüklərin sağalmasına xəstəliklərdən sonra qüvvələrin bərpasına kömək edir, iştahı yaxşılaşdırır.
Günəbaxan tumundan oteroskleroz, miokard infarktı və digər ürək – damar sistemi xəstəliklərinin profilaktikasında və qara ciyər, öd yolları xəstəliklərinin müalicəsində istifadə olunur.

100 qr məhsulda olan qida dəyəri.

Su, qr
8
Zülal, qr
20,7
Yağ, qr
52,9
Karbohidrat, qr
5
Enerji dəyəri, kkal
578

Qarğıdalı

Qarğıdalı ürək – damar sisteminin normal fəaliyyəti üçün vacib olan K vitamini mənbəyidir. Qarğıdalının daha bir üstün cəhəti tərkibində erkən qocalmanın qarşısını alan və dəri və saçlara yaxşı təsir göstərən E vitaminin yüksək miqdarda olmasıdır. Qarğıdalının tərkibində B qrupu vitaminləri (yuxusuzluq və depressiya hallarının profilaktikasında vacibdir), C vitamini (immuniteti gücləndirir,erkən qrışları aradan qaldırır), D vitamini (sümükləri və dişləri möhkəmləndirir), dəmir (üzün rəngini yaxşılaşdırır, qanın tərkibini normallaşdırır), kalium və magnezium (ürəyi qoruyur,maddələr mübadiləsinə yaxşı təsir göstərir) vardır.
Qarğıdalı həm də yağlı və qızardılmış yeməklərin və spirtli içkilərin orqanizmə göstərdiyi arzuolunmaz təsiri azaldır. Qarğıdalı çubuqlarının tərkibindəki qida lifləri həzm sisteminin peristaltikasını yaxşılaşdırır. Unikal tərkibə malik olduğundan, qarğıdalıdan ta qədimdən xalq təbabətində istifadə olunur. Məlumdur ki, qarğıdalı qaraciyər və öd kisəsinin fəaliyyətinə yaxşı təsir göstərir, ona görə də holiçistit və hepatit xəstəliklərinin profilaktikası üçün qarğıdalıdan istifadə etmək məsləhət görülür. Qarğıdalı dənələri yarasağaldıcı təsirə malikdirlər və səpki və dermatitlərin müalicəsində istifadə olunur