Xəbərlər

Ləzzət Expo Moskva Sərgisi

10-14 fevral tarixlərində keçirilən «Prod Expo Moskva 2020» beynəlxalq sərgisində “Ləzzət Qida Sənaye” MMC olaraq iştirak edərək ölkəmizi layiqincə təmsil etmişik.

Bu tədbirdə biz həm vahid olaraq, həm də «AzPromo»nun (Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu) adından iştirak etmişik.

Nəzərinizə çatdıraq ki, «Prod Expo» sərgisi Rusiya və Şərqi Avropada ən böyük qida və içki məhsullarının təqdim olunduğu sərgilərdən biridir. Bu sərgidə bütün dünyadan məhsullar nümayiş etdirilir: gündəlik istifadə olunan qidalardan başlayaraq müxtəlif növ delikateslər, eləcə də orqanik, idman, halal və sağlam qidalar. Təkcə bu sərgidə 30 ölkədən gətirilən alkoqollu içkilərdən və şərablardan ibarət ən böyük ekspozisiyanın təqdim olunması onun əzəmətli olmasının bariz nümunəsidir.

Brendlərimiz