ŞƏHƏRİN MƏRKƏZİNDƏ FESTİVALSAYAĞI REKLAM

10 oktyabr tarixində "Ləzzət Qida Sənaye" MMC-nin brendlərindən biri olan “Nati” şirniyyat markasının yeni imic çarxı təqdim edildi. Bazara “Aç, ye, xoşbəxt ol” şüarı ilə daxil olan “Nati” bu şüarı öz reklam mahnısında da istifadə etdi. Sözügedən mahnı isə markanın yeni siması seçilən məşhur müğənni Elnarə Xəlilova tərəfindən ifa edilmişdir.

Yeyilən zaman xoşbəxtlik hissi bəxş edən “Nati” şirniyyat markası bu reklamın çəkilişi zamanı da şəhərin düz mərkəzində insanların əhvalını müsbətə doğru çevirməyi bacarmışdır. Bütöv bir gün çəkilişləri davam edən reklam şəhər sakinləri və turistlər tərəfindən maraqla izlənilmişdir.

Qeyd edək ki, yerli şirkət olan "Ləzzət Qida Sənaye" MMC-nin istehsalı ilə “Nati” markasının “Lay-lay”, “Olley”, “Xoşdad” və s. kimi şirniyyatları hal-hazırda satışdadır.

Pozitiv sözlər və kadrlarla dolu olan reklam çarxını aşağıdakı linkdən izləyə bilərsiniz.



علاماتنا التجارية