Haqqımızda

Şirkət haqqında

Şirkət haqqında

Ləzzət Şirkətlər Qrupunun əsası 1995-ci ildə qoyulmuşdur və bu gün gündəlik tələbat mallarının topdan satışı, qida və qeyri-qida məhsullarının istehsalı sahəsində uğurla fəaliyyət göstərir.

Şirkətimiz qida sektorunda dənli məhsulların qablaşdırılması, qənnadı məmulatlarının (vafli, kurabiyə, peçenye, qənd, lokum), çərəz və duzlu qəlyanaltıların istehsalı, eləcə də toyuq yetişdirilməsi və kəsimi ilə məşğuldur. Bundan əlavə, içki sənayesində meyvə şirələri, kompotlar, mineral sular və spirtli içkilər sahəsində geniş istehlakçı kütləsinin maraq və tələbatlarını qarşılayır. Həmçinin, kağız, karbon qazı, pet preform və plastik qapaq istehsalı qeyri-qida sənayesində uğurla fəaliyyət göstərdiyimiz əsas sahələrdəndir.

Ləzzət Şirkətlər Qrupu distribusiya sahəsində də geniş fəaliyyət göstərir. Rusiya, Belçika, Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Hindistan və digər ölkələrdən 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək, uğurlu distribütorluq fəaliyyəti həyata keçirir.

Yerli məhsulların davamlı istehsalını təmin etmək, tanınmış xarici firmalarla ticarət əlaqələrini genişləndirmək və Azərbaycanın bütün bölgələrində müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək bizim əsas prioritetlərimizdəndir. Şirkətimiz Avropa standartlarına uyğun avadanlıq və qurğularla təchiz edilmiş, yüksək səviyyəli iş şəraiti yaradılmış və davamlı inkişaf üçün güclü maddi-texniki bazaya sahibdir.

Ləzzət Şirkətlər Qrupu ixrac sahəsində də uğurlu fəaliyyət göstərir. Hazırda məhsullarımız Gürcüstan, İraq, Yəmən, Türkiyə, Əfqanıstan və Fələstin də daxil olmaqla bir çox xarici ölkələrə ixrac edilir. Bu, yalnız məhsullarımızın yüksək keyfiyyətinin deyil, həm də beynəlxalq bazarda qazandığımız etibarın göstəricisidir.

Tariximiz və Xronologiya

Tariximiz və Xronologiya

1995-ci ildən bəri, 30 il ərzində istehlakçılarımızla birlikdə çıxdığımız bu səyahət Ləzzət Group-un topdan və pərakəndə satışdan başlayaraq, geniş məhsul çeşidlərinin istehsalına və xidmət sektoruna qədər genişlənən yolunu əhatə edir.

Hər addımda inkişaf və tərəqqi ilə irəliləmişik!

 

1995

Şirkətimizin əsası qoyuldu.

1995-ci ildə topdan və pərakəndə satışa başlayan Ləzzət Group, 30 il ərzində fəaliyyətini genişləndirərək Azərbaycanın ən böyük və önəmli şirkətlər qrupundan birinə çevrildi.

1998

Qənd istehsalına başlanıldı.

1998-ci ildə qənd istehsalına başlayan Ləzzət Group, keyfiyyəti hər detalında yaşadaraq, qida sənayesinə yeni bir dad gətirdi.

2003

“Sirab” ilə mineral su sektoruna giriş edildi.

Ləzzət Group 2003-cü ildə partniyorlarla birlikdə Sirab Mineral Su Zavadonun yenidən qurulmasında iştirak etdi.

2005

Çərəz istehsalında yeni mərhələyə keçildi.

2005-ci ildə Ləzzət Group kənd təsərrüfatı məhsullarının təmizlənməsi, qovrulması və paketlənməsi sahəsini quraraq, istehsal gücünü yeni bir səviyyəyə yüksəltdi.

2010

Biskvit və Şokolad Fabriki quruldu

2010-cu ildə Ləzzət Biskvit və Şokolad Fabriki MMC təsis edilərək Nati markası altında vafli istehsalına başlanıldı. Bu addımla, bazara yeni dadlar bəxş edən bir əfsanənin təməli atıldı.

2011

Ləzzət Broyler təsis edildi

2011-ci ildə Ləzzət Broyler MMC-nin təsis olunması ilə Naxçıvan Muxtar Respublikasında quş əti istehsalında yeni bir dövr başlandı.

2011

Lokum istehsalına başlandı

2011-ci ildə lokum istehsalına başlayaraq, Ləzzət Group şirniyyat sektoruna yeni bir ruh gətirdi.

2023

Spirtli içki istehsalına başlandı

Ləzzət Group 2023-cü ildə spirtli içki istehsalına başlayaraq, məhsul çeşidlərinə daha bir yenilik qatdı.

2023

“Badamlı” ilə mineral su sektorunda inkişafını genişləndirdi

"Ləzzət Group" Azərbaycanın ən qədim su brendlərindən biri olan “Badamlı”nın investorlarından biri olaraq, mineral sular sektorunda inkişaf dairəsini genişləndirdi.

2023

Meyvə suyu və kompot istehsalına başlandı.

2023-cü ildə Ləzzət Group meyvə suyu və kompot istehsalına başlayaraq, bazarda təbii və dad dolu məhsulları ilə yeni bir ləzzət dünyası yaratdı.

2023

Kağız istehsalına başlandı

2023-cü ildə Ləzzət Group, qeyri-qida sektorundakı rolunu kağız istehsalı ilə daha da artırdı.

2023

Plastik qapaq istehsalına başlandı

2023-cü ildə Ləzzət Group, investorlarından biri kimi plastik kapsul və qapaq istehsalı sahəsində inkişaf dairəsini genişləndirdi.

2024

Karbon qazı istehsalına başlanıldı

2024-cü ildə Ləzzət Group, Darıdağ Karbon MMC-nin investorlarından biri kimi karbon qazı istehsalı ilə fəaliyyət sahəsini daha da genişləndirdi.

2025

30 Ləzzətli il

2025-ci ildə Ləzzət Group 30 illik yubileyini qeyd edir. Uzun illər ərzində qazandığı uğurlar bu yubileyi daha da möhtəşəm edir. Bu xüsusi an, markanın inkişaf yolunu, keyfiyyətə sadiqliyini və müştəri məmnuniyyətinə verdiyi önəmi bir daha vurğulayır.

İxrac

Ləzzət Şirkətlər Qrupu olaraq, məhsullarımızı beynəlxalq bazarlara çatdırmaqdan qürur duyuruq. Müasir istehsal texnologiyalarımız və keyfiyyətə sadiqliyimiz sayəsində məhsullarımız dünya miqyasında tanınır və sevilir. Məhsullarımız Gürcüstan, İraq, Yəmən, Türkiyə, Əfqanıstan, Fələstin kimi  bir çox ölkələrə ixrac edilir.

Məhsullarımız beynəlxalq standartlara uyğun istehsal olunur və ciddi keyfiyyət nəzarətindən keçirilir. İstehlakçılarımızın tələblərinə uyğun olaraq məhsul çeşidlərimizi daim yeniləyir, effektiv logistika şəbəkəmiz vasitəsilə onları təhlükəsiz və vaxtında çatdırırıq. Xarici tərəfdaşlarımızla qurduğumuz uzunmüddətli və etibarlı əməkdaşlıqlar sayəsində bazar mövqeyimizi davamlı olaraq gücləndiririk.

İxrac coğrafiyamızı genişləndirməyi və yeni bazarlara daxil olmağı strateji hədəf kimi müəyyən etmişik. Məqsədimiz, Ləzzət markasının keyfiyyətini qlobal miqyasda daha geniş auditoriya ilə tanış edərək beynəlxalq bazarda mövqeyimizi gücləndirməkdir.

Dəyərlərimiz

Dəyərlərimiz

Dəyərlərimiz, dürüstlük, şəffaflıq və keyfiyyətə sadiqliklə yanaşı, məsuliyyətli və yenilikçi yanaşmalarla davamlı inkişafı təmin etməkdir. Biz, işçilərimizin yüksək motivasiyası və komanda ruhunu qoruyaraq müştəri məmnuniyyətini ön planda tuturuq, eyni zamanda ədalətli rəqabət və etik prinsiplərlə fəaliyyət göstəririk.

Dürüstlük və Şəffaflıq

Dürüstlük və Şəffaflıq

Dürüstlük və şəffaflığı hər bir fəaliyyətimizin təməl prinsipi kimi qəbul edirik və güvən yaratmaq üçün açıq və səmimi kommunikasiya həyata keçiririk.

Keyfiyyətə Sadiqlik

Keyfiyyətə Sadiqlik

Hər bir məhsulumuz yüksək keyfiyyət standartlarına cavab verir, həm yerli, həm də xarici bazarlarda güvənilir bir brend yaratmağı məqsəd qoyuruq.

Cavabdehlik

Cavabdehlik

Biz hər zaman işimizi yüksək məsuliyyət hissi ilə görürük və hər zaman gördüyümüz işlərə cavabdehlik daşıyırıq.

İnnovasiya və Davamlı İnkişaf

İnnovasiya və Davamlı İnkişaf

İstehsal sahələrimiz yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilib və biz davamlı inkişafı təmin etmək üçün davamlı olaraq yenilikçi həllərə investisiya yatırırıq.

Yenilikçilik

Yenilikçilik

Həm məhsul istehsalında, həm də xidmətlərimizdə yeniliklərə açıq olmaqla, müştərilərimizin ehtiyaclarına cavab veririk.

Komanda ruhu

Komanda ruhu

İşçilərimiz bizim ən qiymətli sərvətimizdir və onların rahat, təhlükəsiz və yüksək motivasiyalı bir iş mühitində fəaliyyət göstərmələri üçün qarşılıqlı hörmət və dəstəklə birləşərək güclü komanda ruhunu daim qoruyuruq.

Ədalətli rəqabət

Ədalətli rəqabət

Rəqabətin gücünə və bizi mükəmməlliyə aparacağına inanır, istehlakçıların hüquqlarının qorunduğu şəffaf və etik bir mühit yaradırıq.

Müştəri məmnunluğu

Müştəri məmnunluğu

Müştərilərimizin tələbatlarını və məmnuniyyətini hər zaman prioritet hesab edirik, onlara yüksək keyfiyyətli xidmət təqdim etməyə çalışırıq.

Məqsəd və Missiyamız

Məqsəd və Missiyamız

Bizim məqsədimiz və missiyamız, Ləzzət Şirkətlər Qrupu olaraq, yerli və qlobal bazarda keyfiyyət və innovasiya ilə liderlik edərək müştərilərimizin həyatını zənginləşdirmək və davamlı bir dünya yaratmaqdır.

Məqsədimiz

Məqsədimiz

Yerli və qlobal bazarda keyfiyyət və innovasiya üzrə lider şirkətlər siyahısına daxil olmaq, həm qida, həm də qeyri-qida sektorunda genişlənərək, istehsal etdiyimiz məhsullarla insanların həyatını zənginləşdirmək və gələcək nəsillər üçün davamlı bir dünya yaratmaqdır. Biz dayanıqlı inkişaf yolu ilə yerli və beynəlxalq bazarlarda etibarlı tərəfdaş olaraq mövqeyimizi gücləndiririk.

Missiyamız

Missiyamız

Biz, Ləzzət Şirkətlər Qrupu olaraq, yüksək keyfiyyət standartlarına cavab verən qida və qeyri-qida məhsulları istehsal edərək, insanların gündəlik ehtiyaclarını təmin edirik. Dayanıqlı istehsal və məsuliyyətli idarəetmə prinsiplərinə əsaslanaraq, hər bir istehlakçıya etibarlı və yüksək keyfiyyətli təcrübə təqdim etməyi hədəfləyirik. Bizim missiyamız – yalnız məhsul istehsal etmək deyil, həm də müştərilərimizin ehtiyaclarını ən yaxşı şəkildə ödəyərək onların həyatını zənginləşdirməkdir.

Brendlərimiz

Brendlərimiz

Ləzzət Şirkətlər Qrupu olaraq, hər bir brendimizi sadəcə bir məhsul kimi deyil, dəyərlərimizin, keyfiyyət standartlarımızın və innovativ yanaşmamızın təzahürü kimi görürük. Biz istehlakçılarımıza yalnız dadlı və etibarlı məhsullar təqdim etməklə kifayətlənmir, eyni zamanda onların həyatına dəyər qatmağı hədəfləyirik.

Məqsədimiz sadəcə məhsul satmaq deyil, istehlakçılarımızla uzunmüddətli əlaqələr qurmaq və onların etibarını qazanmaqdır. Məhz buna görə, brendlərimiz keyfiyyət, unikallıq və müştəri məmnuniyyətini əsas prinsip kimi qəbul edir.

Partnyorlarımız

Partnyorlarımız

Ləzzət Şirkətlər Qrupu olaraq, partnyorlarımızla əməkdaşlığı sadəcə işgüzar münasibət kimi deyil, uzunmüddətli və qarşılıqlı inama əsaslanan bir tərəfdaşlıq kimi görürük. Bizim üçün uğurlu əməkdaşlığın əsasını dürüstlük, etibarlılıq və qarşılıqlı fayda təşkil edir.

Partnyorlarımızın inkişafını öz inkişafımız kimi qəbul edir, onlarla birlikdə böyüməyə və yeni imkanlar yaratmağa önəm veririk. Bütün əməkdaşlıqlarımızda şəffaflıq və peşəkarlıq prinsiplərinə riayət edərək, davamlı və güclü işgüzar əlaqələr qurmağa çalışırıq.

Bizimlə əməkdaşlıq edən hər bir tərəfdaş, yüksək keyfiyyət standartlarına, innovativ yanaşmaya və davamlı inkişafa olan bağlılığımızın şahidi olur. Birlikdə daha böyük uğurlara imza atmaq üçün açıq və effektiv əməkdaşlığa həmişə hazırıq!

Terra Food
Ləzzət Şərab Zavodu
Ləzzət Paketləmə
Nati
LG KONSERV MMC
Sirab
Ləzzət Qənd
AVK
Proviant
Roshen
Staro Konstantin
Ankara Makaron
Bizce Kadıoğlu
Burcu
Halitler
Doğtat
İntermak
Orkide
Öz Maya
Soyyigit
Superfresh
Tat Makaron
Tat Qida
Yakamoz Turşu
Tuborg
Qarant Konserv
Nevsk
Marande Qabaq
Zemlyanskmoloko
Star Rice
Zandukeli
SOLAREC
Abşeron-Şərab ASC
Best Group MMC
Carlsberg Azerbaijan
Coca-Cola
Engin
Hacıqabul Quşçuluq
ULDUZ
LA RAN MMC
MYKİMYA MMC
Stanley Beverages
Veysəloğlu
Zira Olives
Ləzzət Kağız Məhsulları
Ləzzət Broyler
Ehrmann
Evyap
Fore Olives
Piyale
Efes Pilsen
Akkond
İçim
Dalan
Abşeron Şarab ASC
Dardanel
Amber
Avrora
Elita
Hayat
Azovskaya
Nemiroff Vodka