"Ləzzət Qida Sənaye" MMC-nin əsası 1995-ci ildə qoyulmuşdur..
Kompaniya öz fəaliyyətini iki əsas istiqamətdə - gündəlik tələbat mallarının topdan satışı və qida məhsullarının istehsalı sahəsində quraraq yarandığı gündən indiyədək böyük bir inkişaf yolu keçmişdir. Hal-hazırda şirkət Rusiya, ABŞ, Ukrayna, Türkiyə, Çin, BƏƏ, Hindistan, İran və digər ölkələrdən olan 50-dən artıq istehsalçı firma ilə əməkdaşlıq edərək uğurlu distributorluq fəaliyyəti həyata keçirməklə yanaşı qənd istehsalı, çərəz və dənli malların emalı və qablaşdırılması sahəsində də istehlakçıların maraq və tələblərini müvəffəqiyyətlə təmin edir.
Ətraflı10-14 fevral tarixlərində keçirilən «Prod Expo Moskva 2020» beynəlxalq sərgisində “Ləzzət Qida Sənaye” MMC olaraq iştirak edərək ölkəmizi layiqincə təmsil etmişik.
Bu tədbirdə biz həm vahid olaraq, həm də «AzPromo»nun (Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu) adından iştirak etmişik.
Nəzərinizə çatdıraq ki, «Prod Expo» sərgisi Rusiya və Şərqi Avropada ən böyük qida və içki məhsullarının təqdim olunduğu sərgilərdən biridir. Bu... Ətraflı
10 oktyabr tarixində "Ləzzət Qida Sənaye" MMC-nin brendlərindən biri olan “Nati” şirniyyat markasının yeni imic çarxı təqdim edildi. Bazara “Aç, ye, xoşbəxt ol” şüarı ilə daxil olan “Nati” bu şüarı öz reklam mahnısında da istifadə etdi. Sözügedən mahnı isə markanın yeni siması seçilən məşhur müğənni Elnarə Xəlilova tərəfindən ifa edilmişdir.
Yeyilən zaman xoşbəxtlik hissi bəxş edən “Nati” şirniyyat markası bu... Ətraflı
16-20 fevral tarixlərində keçirilən «Gulfood Expo Dubai 2020» beynəlxalq sərgisində «Ləzzət Qida Sənaye” MMC olaraq müvəffəqiyyətlə ölkəmizi təmsil etmişik.
Qeyd edək ki, Dubayda keçirilən «Gulfood Expo Dubai 2020» sərgisinin “Made in Azerbaijan” stendində 30-a yaxın Azərbaycan şirkətlərinin məhsulları təqdim olunmuşdur.
Nəzərinizə çatdıraq ki, «Gulfood Expo Dubai 2020» qida və içki məhsullarını təqdim edən beynəlxalq sərgilərdən biridir. Eləcə də, hər il... Ətraflı
Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Prodexpo - 2019” beynəlxalq sərgisində “Ləzzət Qida Sənaye” MMC əmtəə nişanı daşıyan və “Nati” məhsulu olan “Lay-lay” vaflisi “Ən yaxşı məhsul-2019” nominasiyası üzrə qızıl medal ilə mükafatlandırılıb. “Ləzzət Biskvit və Şokolad Fabriki”nin “Nati” markası adı altında istehsal etdiyi məhsullar sərgidə böyük maraqla qarşılanıb.
Cari ilin 11-15 fevral tarixləri arasında baş tutan “Prodexpo” sərgisi Moskva şəhərində... Ətraflı